Rusiya raketlərini müsəlman ölkəsinə satmağı planlaşdırır
Noyabr 09
18:27
2015
775 dəfə baxılıb
Rusiya Misirə “Antey-2500” və “Buk” hava hücumundan müdafiə sistemlərini satmaq üçün Qahirə ilə danışıqlar aparır.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Rostex” dövlət korporasiyasının sədri Sergey Çemezov söyləyib. Onun sözlərinə görə, artıq Yaxın Şərqdə Rusiya istehsalı olan raket sistemlərinə tələbat artıb.
Qeyd edək ki, Misirlə yanaşı bundan öncə İran da “Antey-2500” sistemlərinin alınmasında maraqlı olduğunu bildirmişdi.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)