Rusiya, Suriya, İraq və İran İŞİD-lə mübarizədə İnformasiya Mərkəzi yaradıb
763 dəfə baxılıb
Rusiya, Suriya, İraq və İran İŞİD terror xəvaric qruplaşması ilə mübarizənin əlaqələndirilməsi üçün İnformasiya Mərkəzi yaradıblar.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə hərbi-diplomatik mənbə məlumat yayıb.
“Rusiya, Suriya, İraq və İran Bağdadda İnformasiya Mərkəzinin yaradılmasına dair qərar qəbul ediblər. Mərkəzə sadalanan ölkələrin baş qərargahlarının nümayəndələri daxil olacaq”, – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, mərkəzin əsas vəzifəsi Yaxın Şərq bölgəsində İŞİD terror xəvaric qruplaşmasının mübarizə kontekstində məlumatın toplanması, araşdırılması, təhlili, onun aidiyatı üzrə yönəldilməsi və qeyd olunan ölkələrin baş qərargahlarına operativ ötürülməsini təmin etmək olacaq.
Rusiya, Suriya, İran və İraq zabitləri yaradılan quruma rotasiya qaydasında rəhbərlik edəcək.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.