Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Suriyada fosfor bombalarından istifadə edib – VİDEO

Avqust 30
17:18 2016

Bombardman nəticəsində çoxlu sayda xəsarət alan var, rayonlarda yanğınlar meydana gəlib.

Rusiyanın Hava Kosmik Qüvvələrinin təyyarələri müxalifətin nəzarətində olan Suriyanın İdlib vilayətinin rayon və yaşayış məntəqələrinə fosfor bombaları atıb.

Selefxeber.az-ın məlumatına görə Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli vətəndaş qüvvələrinin nümayəndələri bildiriblər.

Fosfor bombaları Maaret əl-Numan rayonunda və Binniş, eləcə də Serakib yaşayış məntəqələrində atılıb.

Bombardman nəticəsində çoxlu sayda xəsarət alan var, rayonlarda yanğınlar meydana gəlib. Hazırda bombardman haqqında ətraflı məlumat yoxdur.

🎬

Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).

Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər