Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Suriyada MDB ölkələrindən olan İŞİD-çiləri bombaladı

Sentyabr 05
15:23 2017

Rusiya Suriyada İŞİD xəvaric terror dəstəsinin tərkibində döyüşən MDB ölkələri vətəndaşlarının olduğu ərazini bombalayıb.

Selefxeber.az-ın “APA”ya istinadən məlumatına görə, Sentyabrın 5-də səhər saatlarında Rusiyanın Aralıq dənizində döyüş tapşırığı yerinə yetirən Qara dəniz donanmasının “Admiral Essen” hərbi gəmisindən İŞİD xəvaric terrorçu qruplaşmasının Suriyanın Deyr-Ez-Zor yaşayış məntəqəsindəki obyektlərinə “Kalibr” qanadlı raketləri ilə zərbə endirilib.

Əsasən, İŞİD xəvaric terror təşkilatının tərkibində döyüşən Rusiya və MDB ölkələrinin vətəndaşlarının olduğu rayon hədəfə götürülüb. Nəticədə terrorçuların idarəetmə məntəqəsi, silah anbarları, eləcə də terrorçuların zirehli texnikasını təmir edən zavod və çoxlu sayda terrorçu məhv edilib.

Raket zərbələrinin nəticələri kəşfiyyat aviasiyası və pilotsuz uşuş aparatları vasitəsi ilə təsdiqlənib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun)
“Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər