Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Suriyada nə qədər hərbçi itirib?

Avqust 02
17:39 2017

2017-ci ilin əvvəlindən indiyə qədər Suriyada 40 Rusiya hərbçisi həlak olub.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik Rusiyanın bu ilin ilk yarısındakı itkilərinin 2016-cı ildəkindən çox olduğunu bildirib.
Hazırlanan siyahıya əsasən, Suriyada ölənlərdən 21-i hərbi mütəxəssis, 17-si isə hərbçi olub. 2 nəfərin statusu haqqında hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, Rusiya 2015-2016-cı illərdə Suriyada 36 hərbçisini itirib. Rusiya Müdafiə Nazirliyi həmçinin bu il Rusiyanın Suriyada 10 vətəndaşını itirdiyini bildirib.

Digər xəbərlər