Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Suriyaya ordu göndərdi

Sentyabr 10
20:02 2015

Rusiya Suriyadakı hərbi əməliyyatlarda iştirak edir.

“Sələf Xəbər” Azvision.az-a istinadən bildirir ki, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

ABŞ Silahlı Qüvvələrindən agentliyə bildirilib ki, Moskva Suriyaya iki desant gəmisi və əlavə aviagəmi yollayıb.

Hərbçilərin sözlərinə görə, bu ərəb ölkəsinə son günlər ərzində Rusiya çox da böyük sayda olmayan desant kontingenti çıxarıb.

Pentaqon nümayəndələri Rusiya silahlı qüvvələrinin Suriyada hansı məqsədi güddüyünü hələ ki, dəqiqləşdirə bilməyiblər. Versiyalardan birinə görə, hədəflərdən biri Suriya ordusunun nəzarətindəki liman şəhəri Latakiyanın yaxınlığında enmə zolağı hazırlamaqdır.

“Reuters”in isə birdən-birə üç qaynağı iddia edir ki, Rusiya qoşunları Suriyadakı əməliyyatlarda birbaşa iştirak edir.

Digər xəbərlər