Rusiya Suriyaya yeni qırıcılar göndərdi
Yanvar 12
16:50
2017
1. 111 dəfə baxılıb
Rusiya Müdafiə Nazirliyi Suriyaya döyüş təyyarələri göndərilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Selefxeber.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, nazirliyin sözçüsü İqor Konaşenkov 4 ədəd Su-25 reaktivinin Hmeymim bazasına göndərildiyini təsdiq edib:
“Hmeymim bazasına 4 ədəd Su-25 təyyarəsi göndərmişik. Lakin 6 ədəd Su-24 reaktivi ölkəyə qayıdıb. Suriyada hərbi gücümüzü azaltmağa davam edəcəyik”.
Xatırladaq ki, ABŞ-ın “Foks Nyus” telekanalı Rusiyanın Suriyaya əlavə hücum təyyarələri göndərdiyi barədə məlumat yayıb.
“Ruslar qoşunların çıxarıldığını desələr də, bunun heç bir sübutu yoxdur. Əksinə, orada yeni qüvvələr peyda olub”, – xəbərdə qeyd olunub.