Rusiya Türkiyəyə qoyduğu yasağa görə milyardlar itirəcək
739 dəfə baxılıb
Misir, Türkiyə və Ukraynaya Rusiyadan təyyarələrin uçuşuna qadağa qoyulması Moskva aeroportlarının 5 milyard rubl itirməsinə səbəb olacaq.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında Domodedova aeroportunun icraçı direktoru Denis Nujdin söyləyib. Onun sözlərinə görə, bu istiqamətlərdə hərəkət Moskva aeroportlarından edilən uçuşların 20%-ni təşkil edir:
“Türkiyənin burada payı 10, Misirin 8, Ukraynanın isə 2%-dir. Daxili uçuşlar bu zərərləri kompensasiya edə bilmir”.
Xatırladaq ki, Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyəyə uçuşları dayandırıb. Ukrayna isə Rusiyanın öz hava məkanından istifadə etməsinə qadağa qoyub.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur”. (Bax: “Təfsir Əs-Saadi”)