Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya və Türkiyə gəmiləri arasında növbəti insident

Dekabr 15
15:06 2015

“Türkiyə bayrağı altında üzən naməlum gəmi Rusiyaya məxsus “Çernomorneftqaz” qazma qurğusunun yerdəyişməsinə mane olub”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, şirkətdən bildiriblər ki, qazma qurğusunun yerdəyişməsi zamanı türk bayrağı altında üzən ticarət gəmisi istiqamətini dəyişməyərək qəza vəziyyəti yaradıb. Radiomübadilə zamanı guya türk gəmisinin kapitanı çağırışlara cavab verməyib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin keşikçi kateri və Qara dəniz donanmasının raket kateri türk bayrağı altında üzən gəmini kursunu dəyişməyə məcbur ediblər.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən dekabrın 13-də Egey dənizində Rusiyaya məxsus hərbi gəmi Türkiyə balıqçı gəmisinə xəbərdarlıq atəşi açıb.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər