Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya və Türkiyə İŞİD-ə qarşı birləşir

İyun 17
17:27 2015

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı “İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasına qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, nazirlər İŞİD terror xəvaric qruplaşmasına qarşı kompleks strategiyanın hazırlanmasının vacibliyini vurğulayıblar.

Məlumata əsasən, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

“Telefon danışığı zamanı nazirlər Suriya qaçqınları problemi də daxil olmaqla Yaxın Şərq və Şimali Afrikada vəziyyəti müzakirə ediblər”, – deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İŞİD terror xəvaric qruplaşması arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD terror xəvaric qruplaşması yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda İŞİD terror xəvaric qruplaşması İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Digər xəbərlər