Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya Xəzərdə hərbi təlimlərə başlayıb

Fevral 09
16:52 2016

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər və Qara dənizdə təlimlərə başlayıb.

“Sələf Xəbər” Lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə nazirliyinin mətbuat və informasiya idarəsi fevralın 9-da məlumat yayıb.

Bildirilir ki, hərbi gəmilər Cənub hərbi dairəsinin qoşunlarının döyüş hazırlığının yoxlanılması çərçivəsində Xəzər dənizi və Qara dənizdə minalar və şərti rəqibin sualtı qayıqlarının axtarışını həyata keçirirlər.

Qeyd edək ki, fevralın 8-də Cənub hərbi dairəsinin qoşunları və hava-desant birləşmələrinin döyüş hazırlığının qəfil yoxlaması başlayıb. Rusiya Prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə 1 nömrəli döyüş hazırlığı əmri verib.

Digər xəbərlər