Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiya: yaxın vaxtda Hələb şəhərində Amerika ilə müştərək hərbi əməliyyatlara başlayacağıq

Avqust 16
15:25 2016

Rusiya Müdafiə naziri Sergey Şoyqu: Rusiya və ABŞ Suriyanın Hələb şəhərində ortaq hərbi əməliyyata başlamağa çox yaxındır.

Selefxeber.az-ın Alarabiyaya istinadən xəbərinə görə, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Rossiya 24” telekanalına açıqlamasında deyib.

Şoyqunun sözlərinə görə, ABŞ-Rusiya danışıqları Cenevrə və Əmmanda davam etdirilir:

“Amerikalı həmkarlarımızla görüşlərin ən aktiv mərhələsindəyik. Vaşinqtonla həm Cenevrə, həm də Əmmanda danışıqlar aparırıq. Hələbdə vəziyyətin stabilləşməsi və insanların evinə qayıtması üçün əməkdaşlığa addım-addım yaxınlaşırıq”.

Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar –məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər