Rusiya yük maşınlarının Türkiyədən keçməsinə qadağa qoyuldu
Fevral 02
18:21
2016
753 dəfə baxılıb
Rusiyaya məxsus yük avtomobillərinin Türkiyə ərazisindən keçməsi qadağan edilib.
“Sələf Xəbər”in Lent.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Beynəlxalq Avtomobil Yükdaşıma Assosiasiyasının məlumatında deyilir.
Bildirilir ki, buna səbəb Türkiyənin 2015-ci il üçün verdiyi icazənin müddətinin bitməsidir: “Hələ də Türkiyə tərəfindən 2016-cı ildə yükdaşımalara aid icazə sənədi daxil olmayıb. Hazırda Rusiya Nəqliyyat Nazirliyi məsələnin həlli üçün çalışır. Türkiyə tərəfinə məsələ ilə bağlı yenidən müraciət göndərilib”.