Rusiyada ardıcıl partlayışlar törədilib
814 dəfə baxılıb
İnformasiyaya görə, partlayışı 3 nəfərdən ibarət terrorçu-kamikadze qrupu törədib. Terror aktı polis idarəsinin qarşısında baş verib. Ümumilikdə 5 partlayış baş verdiyi bildirilir.
“Sələf Xəbər” bildirir ki, Ölkə.Az-ın əldə etdiyi son məlumatlara görə, Stavropoldakı terror aktından sonra şəhərdəki bütün dövlət idarələri bağlanıb. Yerli əhaliyə hələlik evlərini tərk etməməklə bağlı xəbərdarlıq edilib.
Xatırladırıq ki, Stavropol Rusiyanın ən narahat bölgələrindən olan Şimali Qafqazda yerləşir və regionda dəfələrlə qanlı terror aktları törədilib.
Qeyd edək ki, bundan əvvəlki terror aktlarını İŞİD terror xəvaric qruplaşmasının Şimali Qafqaz özəyi öz üzərinə götürmüşdü.
Partlayış nəticəsində yalnız terrorçuların özlərinin öldükləri bildirilir. Yerli əhali arasında xəsarət alanlar yoxdur.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)