Rusiyada inanılmaz Qarabağ təxribatı – FOTO
1. 044 dəfə baxılıb
Rusiyanın Sankt-Peterburq şəhərində dərc edilən “Dünya dövlətləri” (“Страны мира”) ensiklopediyasında təxribatçı material yerləşdirilib.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, ensiklopediya müəllifləri Dağlıq Qarabağı ayrıca dövlət kimi göstərməklə bərabər, Azərbaycanın bu ərazisinin sahəsini də təhrif ediblər. Belə ki, 1970-ci il siyahıyalınmasına uyğun olaraq, əhali 150 min göstərilib, həmçinin “dövlətin” 11.458 kv/km-lik “ərazi”yə malik olduğu da qeyd edilib.
Xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Sovet Rusiyasının Azərbaycanı ələ keçirməsindən və ADR-in süqutundan sonra, Azərbaycan Sovet Sosialist Resublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretlə yaradılıb. Muxtar Vilayətin ərazisi 4,4 min kv/km olub.
Məlum hadisələr və ermənilərin törətdiyi qətliamlar, Ermənistan silahlı qüvvələrinin apardığı işğalçılıq siyasəti zamanı, 1991-ci il noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edib, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşüb.
Lakin Rusiyanın hərbi dəstəyi ilə erməni işğalçılarının apardığı hərbi əməliyyatlar və etnik təmizləmə nəticəsində 4,4 min kv/km-lik Dağlıq Qarabağ ərazisi, o cümlədən Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğal edilib. Ümumilikdə işğal edilən ərazi 17 min kv/km-ə yaxındır.
Dağlıq Qarabağın “müstəqil dövlət” kimi göstərmək, 65 minlik əhalisini 150 min, ərazisini 11.458 kv/km qeyd etmək olduqca təhlükəli təxribatdır və erməni məkridir.