Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiyada İŞİD-ə qoşulan 6 azərbaycanlı həbs edilib

Oktyabr 28
19:50 2014

Virtualaz.org “Rosbalt”a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkə ərazisində “İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşması üçün döyüşçülərin cəlb edilməsi və bu qruplaşmanın maliyyələşdirilməsi mənbələrini üzə çıxarmaq üçün genişmiqyaslı əməliyyat başladıb.

Əməliyyatın gedişində onlarla şübhəli həbs olunub, o cümlədən Moskvada İŞİD terror xəvaric qruplaşmasına qoşulan 6 azərbaycanlı saxlanılıb.

FTX-nin İŞİD terror xəvaric qruplaşmasının tərəfdarlarına qarşı əməliyyatları son iki həftə ərzində Başqırdıstanda və Moskvada həyata keçirdiyi xəbər verilir. Saxlanılan Azərbaycan vətəndaşları Moskvanın Skotoproqonnıy keçidində avtoservislərin birində işləyib. Onlardan biri avtoservisin direktorudur.

“Əvvəllər onlar normal, işgüzar uşaqlar idilər, ancaq haradasa bir il əvvəl radikal islamçıları təbliğ edən şəxslərə qoşulublar. Sonra bizə məlumat daxil oldu ki, avtoservisdən əldə edilən gəlirlərin bir hissəsi Suriyaya göndərilir. Bundan əlavə, işçilər və onların direktoru digər Azərbaycan vətəndaşları arasında öz ideyalarını yayaraq onları Suriyaya döyüşməyə getməyə inandırmağa çalışırdılar.” – deyə FTX-dəki mənbə bildirib.

Nəticədə Rusiyanın əks-kəşfiyyat xidməti həmin şəxslərin Rusiya üçün təhlükə təşkil etdiyini qərara alaraq onları “İslam Dövləti” terror xəvaric qruplaşmasının maliyyələşdirilməsi ittihamı ilə həbs edib.

Mənbənin bildirdiyinə görə, son iki həftə ərzində FTX-nin Moskvada yaxaladığı İŞİD-çilər arasında Qafqaz və Orta Asiya əsilli bir neçə qrup şəxs də var.

“Analoji əməliyyatlar Rusiyanın digər regionlarında da keçirilir, tədbir davam edir. Əks-kəşfiyyatçılar Başqırdıstan sakinlərinin Suriya və eyni zamanda Pakistan-Əfqanıstan sərhədinə göndərilməsinə dair bir neçə faktı araşdırmaqdadır.” – mənbə əlavə edib.

“Bizim tərəfimizdən aşkarlanan belə faktlardan birinə görə Başqırdıstanda 20 nəfərdən ibarət ailə gəlirli bizneslə məşğul olub. Ancaq sonra ailə üzvlərindən kişilər, ardınca qadınlar radikal islama meyl ediblər. Əvvəlcə onlar gəlirlərinin böyük hissəsini “İslam Dövləti” terror xəvaric qruplaşmasına və “Taliban” terror hərəkatına göndərməyə başlayıblar. Daha sonra ümumiyyətlə aktivlərini sataraq ailəliklə Pakistan-Əfqanıstan sərhədinə yollanıblar. Tanışlarının dediyinə görə, ailə Başqırdıstanda cihad olmadığı üçün cihad gedən yerlərə getməyə qərar veriblər.” – deyə mənbə bildirib.

Mənbənin dediyinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisində müsəlmanlar arasında “İslam Dövləti” terror xəvaric qruplaşmasının tərəfdarlarının sürətlə artmasından ciddi narahatdır.

“İslam Dövləti” terror xəvaric qruplaşmasının Rusiyada tərəfdarlar toplamaq üçün həm internetdən təbliğat aparır, həm də öz emissarlarını göndərir.

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

XX-ci əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar” (“Məcmu əl-Fətəva və ər-Rəsaail”).

Digər xəbərlər