Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiyada İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı saxlanılıb

Noyabr 19
15:15 2015

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsi İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən azərbaycanlı gəncin yaxalandığı barədə məlumat yayıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, FTX-nın yaydığı məlumatda İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq niyyətində olan İvanov vilayətinin iki sakininin saxlanıldığı bildirilir. Onlardan birinin azərbaycanlı olduğu qeyd olunub.

FTX tərəfindən yaxalanan azərbaycanlı barədə ivanovonews.ru saytı məlumat yayıb. Saytda şərti adı “Əli” kimi qeyd olunan azərbaycanlı gəncin İvanovo şəhərində yerləşən kolleclərdən birinin tələbəsi olduğu bildirilib. Dini-ekstremist baxışları olan soydaşımız Suriyaya gedərək qanunsuz silahlı qruplaşmalar tərkibində iştirak etməyi planlaşdırırmış. Onun “Vkontakte” sosial şəbəkəsində tanışları ilə Suriyada baş verən hadisələr, ölkənin mücahidlər tərəfindən ələ keçirilməsi barədə yazışmalarda müzakirələr apardığı məlum olub. Həmin yazışmalarda azərbaycanlı gəncin İŞİD terror xəvaric qruplaşmasına münasibətinin müsbət olduğu müəyyən olunub.

“Əli” yoldaşları ilə yazışmalarında 2015-ci ilin aprelində Suriyaya getməyi planlaşdırdığını bildirib. Bu fikrin azərbaycanlı gəncdə internetdə Suriya ərazisindəki vəziyyətə və İslam dini haqqında materialları müntəzəm olaraq izlədikdən sonra meydana gəldiyi qeyd olunub. O, hətta “VK” sosial şəbəkəsində öz qrupunu da yaradıb. Həmin qrupa dini materiallar yerləşdirib. Daha sonra həmin qrupa digər regionlardan onunla həmfikir olan daha iki nəfər qoşulub. Qrupda ekstremist və terrorçu xarakterli videomateriallar yerləşdirilib.

Hüquq-mühafizə orqanlarına ifadə verən azərbaycanlı gənc bu mövzu ilə maraqlandığından peşman olduğunu deyərək, təcrübəsiz, hər şeyə inanan və gənc yaşda olduğunu bildirib. Hazırda azərbaycanlı gəncin kollecdə təhsilini davam etdirdiyi qeyd olunub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin İvanov vilayəti üzrə İdarəsinin rəsmi xəbərdarlığından sonra valideynləri tərəfindən azərbaycanlı gəncin üzərinə ciddi nəzarət qoyulub. Onun hansı saytlara girdiyi, kimlərlə söhbət etdiyinə ciddi nəzarət olunur.

FTX İvanov vilayətinin İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən digər sakinini isə “Domodedovo” aeroportundan Qətərə uçmaq istəyərkən saxlayıb. Onun İslamı qəbul etmiş, İvanovoda yerləşən ali məktəb tələbəsi olduğu bildirilib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər