Rusiyada mehmanxanalar üçün “halal” standartları təsdiqlənib
783 dəfə baxılıb
“Sələf Xəbər” kp.ru saytına istinadən Rusiyada ilk dəfə olaraq müsəlmanlar üçün nəzərdə tutulan mehmanxana standartlarının təsdiqləndiyini xəbər verir.
Mehmanxana və turizm sahəsində halal xidmətlərin göstərilməsi qaydalarını Rusiya Müftilər Şurasının və Rusiya Federasiyası müsəlmanlarının ruhani idarəsinin sədri Ravil Qaynutdin imzalayıb.
“Turizm və mehmanxana biznesi iştirakçılarının “halal” sənayeyə marağının artmasını və cənubi-şərqi Asiya, Çin və müsəlman ölkələrindən gələn turist axınının artmasını nəzərə alaraq müfti Ravil Qaynutdinin imzaladığı standart həddən artıq zəruri idi və həm turistlər, həm də halal xidmətlər göstərən şirkətlər üçün faydalı olacaq”,- deyilərək Rusiya Müftilər Şurasının saytında qeyd edilib.
Standartda qeyd olunur ki, müsəlmanlar üçün nəzərdə tutulmuş mehmanxana otaqları şəriət normalarına müvafiq olmalıdır. Otaqlarda Kəbənin istiqaməti göstərilməli və Quran nüsxəsi, namaz üçün xalça, dəstəmaz üçün parç olmalıdır.
Müştərilərə halal qidalar təqdim olunacaq. Ramazan ayı ərzində isə sahur etmək və iftar açmaq üçün şərait yaradılacaq.
“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.”
Qurani-Kərim, “Nəhl” surəsi, 114-cü ayə