Rusiyada on İŞİD üzvü məhv edilib
672 dəfə baxılıb
Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, öldürülənlər “İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının üzvləridir.
Onların kimliyi müəyyənləşdirilir.
Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD terror xəvaric qruplaşması üzvünü məhv ediblər.
Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.
Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD terror xəvaric qruplaşmasının yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)