Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiyada “Təbliğ Cəmaatı” üzvlərinə hökm oxundu

Sentyabr 24
19:38 2014

“Sələf Xəbər”-in Ummaİnfo-ya istinadən məlumatına görə, Rusiyanın Həştərxan şəhər məhkəməsi Yaxın Şərq və Qafqazda fəaliyyət göstərən terror qruplaşmaları üçün döyüşçülər toplayan qrupun üzvlərinin cinayət işində son nöqtəni qoyub.

Həştərxan vilayətinin 6 sakini millətlərarası nifrət və ədavətin oyadılması, odlu silahların qanunsuz əldə olunması və terrorçuluqda ittiham olunub. Məhkəmə, qrupun 6 üzüvnü 6 ildən 7 ilə kimi həbsə məhkum edib. İşin əsas fiqurantı Tahir Djaksibekov 7 il həbs cəzası alıb.

İstintaq zamanı məlum olub ki, Tahir Djaksibekovun rəhbərliyi ilə 6 nəfərdən ibarət qrup Rusiyada qadağan edilmiş “Təbliğ Cəmaatı” qruplaşmasının üzvü olub, qeyri-qanuni qruplaşmaların iştirakçılarına dəstək verib, müsəlmanları açıq şəkildə terrorçuluq fəaliyyətinə çağırıb, və Suriya, Misir və Şimali Qafqaz ərazilərində qeyri-qanuni silahlı birləşmələr üçün könüllü döyüşçülər toplayıb.

Xatırladaq ki, qrup 2013-cü ildə saxlanılmışdı. Həbs olunanların evindən partlayıcı maddələr, hərbi ləvazimat və ekstremist ədəbiyyat tapılmışdı.

 Sələf Xəbər: XX-ci əsrin məşhur islam alimi, görkəmli hədis bilicisi mərhum şeyx Albanidən (Allah ona rəhmət etsin) soruşdular: ““Təbliğ Cəmaatı” barəsində fikriniz nədir?” O cavab verdi: ““Təbliğ Cəmaatı” Allahın Kitabının metodologiyasına, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Sünnəsinə, və sələflərin (Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, tabiinlər və s.) olduğu yola əsaslanmamışdır. Bu səbəbdən də onlarla birlikdə çıxmağa icazə verilməmişdir. “Təbliğ Cəmaatı” çağırışlarını Quran və Sünnə üzərində əsaslandırmır, hərçənd onlar bu barədə bəyan edirlər. Bu cəmaatın həqiqi biliyə əsaslanan metodologiyası yoxdur!” (“Əl-Fətava əl-imaratiyə” 38).

Digər xəbərlər