Rusiyada türk fabrikinə silahlı basqın edilib
Dekabr 03
15:33
2015
714 dəfə baxılıb
Rusiyanın Rostov-na-Don şəhərində yerləşən türk fabrikinə silahlı basqın olub.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, “Merinos” fabrikinə edilən basqın zamanı ölən və ya xəsarət alanlarla bağlı heç bir məlumat verilmir.
Şahidlərin sözlərinə görə, naməlum silahlılar gecə saatlarında fabrikə hücum edib və ətrafa atəş açıb. Rəsmi məlumatlarda bildirilib ki, adı çəkilən fabrikdə ümumilikdə 450 rusiyalı işləyib.
Faktla bağlı araşdırma aparılır.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)