Rusiyada türkiyəli tələbələrə qarşı təzyiqlər davam edir
714 dəfə baxılıb
Rusiya ilə Türkiyə arasında “Su 24” təyyarəsinə görə yaranan gərginlik Rusiyada təhsil alan türk tələbələrə qədər gedib çatıb.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata əsasən Rusiyada təhsil alan türk tələbələrin şikayəti durmadan artır. Bildirilib ki, rus polisləri qanunsuz olaraq tələbələrin yaşadığı ünvanlara basqın edir, onların sənədlərini yoxlayır.
İddia edilir ki, ali təhsil ocaqlarının rəhbərləri tələbələri çağıraraq onlardan təhsili tez bitirmələrini tələb edir. Hətta müəllimlər türk tələbələrin olduğu dərslərə girmir. İmtahanlarda süni manelər yaradırlar.
Bundan başqa tələbələrə “Öz istəyimlə təhsil aldğım universitetdən kənarlaşmaq istəyirəm” kimi ərizlərə məcburən qol çəkdirmək istəyirlər.
Təhsil Nazirliyi daxil olan şikayət məktublarına istinadən bildirib ki, Rusiyada təhsil alan min otuzdan çox türk tələbə hər gün təzyiqlərə məruz qalır.
Artıq bir neçə türk tələbəsi həbs edilərək ölkədən deportasiya olunub. Səbəb kimi isə sənədlərin qaydasında olmaması göstərilir. Eyni zamanda tələbələr illik təhsil haqqını ödəsələr də onlara vizanın vaxtının uzadılmayacağı barədə xəbərdarlıq edilib.
Sələf Xəbər: Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)