Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Rusiyalı müsəlmanlar məscid qıtlığını “Mobil Məscid”lə həll edirlər – FOTO

May 14
16:56 2015

Dünyanın ən böyük şəhərlərindən biri Moskvada 2 milyondan çox müsəlman yaşayır və işləyir. İbadətlərini vaxtlı-vaxtında yerinə yetirmək üçün məkan sıxıntısı yaşayan müsəlmanlar problemdən çıxış yolu kimi unikal həll fikirləşiblər.

“Sələf Xəbər” olaraq bir müddət öncə belə bir layihə üzərində iş aparılması haqqında xəbər vermişdik. Əldə etdiyimiz məlumata görə layihə həyata keçirilmiş və yaxın günlərdə istifadəyə veriləcəkdir.

“Sələf Xəbər” in muslim-info.com – a istinadən verdiyi məlumata görə, bu günlərdə Tatarıstanın paytaxtı Qazan şəhərində Mobil Məscid adlı layihənin istifadəsi və nümayişi ilə bağlı mətbuat toplantısı keçiriləcək. Toplantıdan sonra Mobil Məscidin Moskva şəhərinə getməsi nəzərdə tutulur.

Xatırladaq ki, Mobil Məscid layihəsi Rusiyanın Halal Guide adlı ilk müsəlman naviqator komandası tərəfindən irəli sürülüb. Layihə təşəbbüskarları bu üsulla Moskvada məscidlərin azlığı üzündən yaranan müəyyən problemlərin aradan qaldırılmasına çalışırlar.

“Qazan Nur” məscidinin imamı Rüstəm Zinnurov sualları şəriət nöqteyi nəzərdən cavablandıraraq bildirib ki, bu gün Moskvada 2 milyon müsəlman yaşayır və onlar üçün Moskvada yalnız 4 məscid fəaliyyət göstərir. Bu səbəbdən böyük şəhərdə işləyən müsəlmanlar ibadətlərini vaxtlı-vaxtında etmək üçün sıxıntılarla rastlaşırlar.
Layihəyə görə, Mobil Məscid avtobus şəklində fəaliyyət göstərəcək, içərisində dəstamaz almaq uçün yer və kiçik ibadət zalı olacaq. Həmçinin avtobusa fastfud-kafe də əlavə olunacaqdır ki, bundan əldə olunan gəlirlə məscid öz ehtiyaclarını ödəyə bilsin.

Təkərlər üzərində hərəkət edəcək məscid müşahidə kamerasıyla təhciz olunacaqdır. Aidiyyatı olan sayta ərizə vermək kifəyət edəcəkdir ki, məscid göstərilən ünvana dogru hərəkət etsin. Ən əsası isə odur ki, Mobil Məsciddən istifadə tamamilə ödənişsiz olacaqdır.

Layihəyə əsasən, Mobil Məscidlərin sifarişlə Moskvanın iri iş mərkəzlərinə gedərək, səhərdən axşama kimi müsəlmanlara xidmət göstərməsi nəzərdə tutulur. Həmçinin, avtobus-məscidin şəhər içində hərəkətini internet sayt vasitəsilə də izləmək mümkün olacaqdır.

📷

mobil-masjid-1 mobil-masjid-2 mobil-masjid-3 mobil-masjid-4

 Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Digər xəbərlər