Rusiyanın nüvədən qat-qat güclü silahı – 100 metr dərinlikdə…
Oktyabr 02
17:16
2017
1. 248 dəfə baxılıb
Rusiya nüvə bombasından qat-qat güclü olan yeni radioelektrik silah istehsal edir.
Selefxeber.az “Publika.az”a istinadən xəbər verir ki, bu barədə İngiltərənin “Daily Star” qəzeti xəbər yayımlayıb.
Məqalədə Rusiyanın “Alabuqa” adlı yeni silahının orduları zərərsizləşdirmək, 7 km sahədə bütün ballistik raket başlıqlarını və təyyarələrin nəzarət sistemini bağlamaq potensialına malik olduğu qeyd edilib.
Yeni silahın ən diqqət çəkən özəlliyi isə tankların nəzarət sistemlərini əhatə dairəsi xaricində buraxmaq və tankın içindəki mərmiləri partlatmaqdır.
Əlavə olaraq, yerin 100 metr altında gizlənən əsgərlər belə elektromaqnetik silahın təsirinə məruz qala biləcək.