Rusiyanın Şimali Qafqaz federal dairəsindən 3 min nəfər İŞİD-ə qoşulub
728 dəfə baxılıb
Üç minədək şəxs Rusiyanın Şimali Qafqaz federal dairəsindən İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq məqsədi ilə ölkəni tərk edib.
“Sələf Xəbər”in APA-ya istnadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsindəki səlahiyyətli nümayəndəsi Sergey Məlikov bildirib.
Onun sözlərinə görə, hazırda Şimali Qafqaz federal dairəsindən 3 minədək sakin İŞİD terror xəvaric qruplaşması sıralarında döyüşür: “Əgər biz əvvəl yalnız Yaxın Şərqdən danışırdıqsa, indi söhbət artıq digər bölgələrdən də gedir. Təəssüf ki, İŞİD terror xəvaric qruplaşmasının fəaliyyəti yeni ölkələrə yayılmaqda davam edir.
Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsindəki səlahiyyətli nümayəndəsi qeyd edib ki, hərbi əməliyyatların keçirildiyi ərazilərdən geri qayıdan insanlar əksər hallarda torpaqları şumlamağa yox, “İslam dəyərlərini” qorumaq üçün qayıtdıqlarını iddia edirlər.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” -İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.