Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiyanın Türkiyə əleyhinə hazırladığı qətnamə layihəsi BMT-də dəstəklənmədi

Fevral 20
17:10 2016

Rusiyanın Türkiyə əleyhinə hazırladığı qətnamə layihəsi BMT-də rədd edilib.

Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı təqdim etdiyi qətnamə layihəsi dəstək qazana bilməyib.

“Sələf Xəbər”in APA-ya istinadən yaydığı məlumata görə, Təhlükəsizlik Şurasının 6 üzvü layihəyə dəstək verməyib.

Rusiyanın layihəsində Suriya ərazisinin kənardan (Türkiyə ərazisindən) atəşə tutulmasına son qoyulması və Suriyanın “qanuni hakimiyyətinin” (Bəşər Əsəd nəzərdə tutulur) razılığı olmadan ölkə ərazisində quru əməliyyatının keçirilməsinə yol verilməməsi əksini tapıb. Qapalı qapılar ardında keçirilən görüşdə BMT Təhlükəsizlik Şurasının 6 üzvü, o cümlədən daimi üzvlər ABŞ, Britaniya və Fransa layihənin əleyhinə çıxıblar. Rusiya layihəsinə qarşı çıxan digər TŞ üzvləri isə Ukrayna, İspaniya və Yeni Zelandiya olub.

ABŞ və Fransa nümayəndələri hələ iclasdan əvvəl bildiriblər ki, Rusiya qətnaməsinin gələcəyi yoxdur. Fransa diplomatı Fransua Delatr Moskvanın Əsədə dəstək mövqeyini “dalan” adlandırıb. ABŞ təmsilçisi Samanta Pauer isə deyib ki, Rusiya yeni qətnamə ilə dünyanın diqqətini yayındırmaq əvəzinə, TŞ tərəfindən daha əvvəl qəbul olunmuş sənədlərin həyata keçirilməsi ilə məşğul olmalıdır.

Qeyd edək ki, Suriya-Türkiyə sərhədlərindəki son hadisələrdən – Suriyadakı kürd terror qruplaşması PYD-YPG-nin Türkiyə tərəfindən atəşə tutulması və Suriya ərazisində bufer zonası yaradılmasına dair Ankaranın çağırışlarından sonra Rusiya BMT TŞ-nin təcili iclasını çağırıb və qətnamə layihəsi təqdim edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər