Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Rusiyanın yeni müdafiə silahı

Aprel 24
16:37 2017

Rusiya dünyada analoqu olmayan zenit-raket kompleksinin hazırlandığını bildirir.

Selefxeber.az-ın “modern.az”a istinadən xəbərinə görə, Rusiya KİV-i xəbər verir ki, S-500 zenit-raket kompleksi 100 kilometr hündürlükdə istənilən hədəfi vura biləcək. Bu barədə “Almaz-Antey” konserinin rəhbəri Pavel Soznikov deyib.

“S-500 raketləri bu gün mövcud olmayan, amma yaxın 25 ildə peyda olacaq hədəfləri məhv etməyə hazırdır. Söhbət atmosferin ən üst qatlarından, açıq fəzaya keçən yerlərində hədəflərin məhvindən gedir”.

Bu raketlər nəinki ballistik, həm də aerodinamik raketləri, həm də qanadlı raketləri də məhv etmək qabiliyyətinə malikdir. S-500 raketləri 600 kilometr məsafəyə nəzarət edir və eyni zamanda 10 hədəfi məhv etmək özəlliyinə malikdir.

Digər xəbərlər