Ruslar tükr əsgərləri bombardman etdilər – Kreml səbəbini açıqladı
1. 443 dəfə baxılıb
Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus təyyarə Suriyada əməliyyat zamanı koordinatların razılaşdırılmaması səbəbindən Əl-Bab rayonunda Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbələr endirib.
Selefxeber.az-ın məlumatına görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib.
“Prezident Putin Təhlükəsizlik Şurasında iclas zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə məlumat verib. Rusiya lideri türkiyəli həmkarına Əl-Babda RF hərbi təyyarəsinin Türkiyə hərbi kontingentinin olduğu binaya aviazərbələr endirməsi nəticəsində üç türk əsgərin həlak olmasına görə başsağlığı verib”, – Peskov deyib.
Qeyd edək ki, bu gün saat 08:40-da Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində üç əsgər həlak olub, 11-i yaralanıb.
Hadisənin pilotun səhvi ucbatından baş verdiyi bildirilir.