Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sağ ikən qəbirdə yaşayanlar – FOTO

Dekabr 29
16:28 2016

İnsanların ölməmişdən əvvəl məzara girdiyini görmüsünüzmü?

İnsanların ölməmək üçün ölümdən əvvəl məzara girdiyini göstərən fotolar İranda çəkilib.

Selefxeber.az-ın “Publika.az”a istinadən məlumatına görə, aralarında qadın və uşaqlar da olan evsizlər soyuqdan qorunmaq üçün qəbiristanlıqlarda qazılan boş məzarlara girirlər. Məzarlardan ev olaraq istifadə edən evsizlər əsasən Tehranın cənubundakı Nəsirabad qəbiristanlığına toplaşır.

Bələdiyyənin qazdığı boş məzarlarda yaşayan evsizlər məzarın üstünü örtərək günlərini keçirir. Bəzi məzarlarda isə hətta 4 nəfər qalır. Bu barədə məlumatlar mətbuatda dərc edildikdən sonra prezident Həsən Ruhanidən reaksiya gəlib:

“Dünyada yoxsulluqdan körpü altında yatanların olduğunu eşitmişdik. Ancaq boş məzarda qalanların olduğunu ilk dəfə eşitdik”,-deyib. İran polisi dərhal məzarlığa gedərək kimsəsizləri boş məzarlardan çıxarıb. Onların əksəriyyətinin narkotik aludəçisi olduğu deyilir.

📷

876130

876131

876132

876135

Digər xəbərlər