Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sanksiyaların kasıblara xeyri dəydi

Noyabr 07
18:05 2014

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, Danimarkanın “Arla” adlı süd məhsullarının istehsalçısı evsiz danimarkalılara 15 ton pendir paylayacaq.

Buna səbəb Avropa İttifaqı ölkələrindən Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünə qoyulan embarqo olub.

Pendirlər “Food Bank” xeyriyyə cəmiyyətinə təhvil veriləcək, cəmiyyət isə öz növbəsində, məhsulları ehtiyacı olanlara paylayacaq.

Evsizlərə veriləcək müxtəlif dadlı pendirlər indiyədək Danimarkada satılmayıb.

“Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar.”

Qurani Kərim, “Bəqərə” surəsi, 245-ci ayə

Digər xəbərlər