Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sankt-Peterburqda müsəlmanlar üçün otel açılacaq

Sentyabr 01
16:12 2016

Sentyabrın ortalarında Rusiyanın Sankt-Peterburq şəhərində müsəlmanlar üçün “İpək yolu” adlı ilk otelin açılışı olacaq.

Otelin hər bir otağında müştərilər üçün namaz xalçası, qiblə göstəriciləri yerləşdirilib, dəstəmaz almaq üçün hər bir şərait təmin olunub. Bundan əlavə, qonaqların istəyi üzrə müxtəlif dillərdə Qurani-Kərimin təfsiri də təqdim ediləcək. Burada qonaqlara təqdim olunan yeməklər də şəriət qaydalarına uyğun olaraq halal qidalardan hazırlanacaq.

Otel sahibinin sözlərinə görə, bu layihəyə 10 milyon rubl pul xərclənib. Hələki oteldə 17 otaq və 1 ibadət məkanı var. Lakin yaxın gələcəkdə həm kişilər, həm də qadınlar üçün ayrı-ayrılıqda ibadət otaqlarının açılması da nəzərdə tutulub.

Sələf Xəbər: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 114-cü ayə)

Digər xəbərlər