Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sarkisyan: “Azərbaycan müasir silah növlərinə malikdir”

Aprel 07
17:11 2016

Ermənistan prezidenti Serj Sarkisyan Berlində Almaniyanın baş kansleri Angela Merkellə birlikdə keçirdiyi mətbuat konfransında ölkəsinin hərbi güc baxımından Azərbaycandan çox geridə olduğunu etiraf edib.

“Sələf Xəbər”in APA TV-yə istinadən məlumatına görə, jurnalistlərdən biri Serj Sarkisyana Rusiyanın Azərbaycana silah satması ilə bağlı sual verib. Ermənistan prezidenti deyib ki, bu acı faktdır.

“Rusiya bizim strateji müttəfiqimizdi. Biz eyni təhlükəsizlik sistemində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) təmsil olunuruq. Təbii ki, tək Rusiya yox, bu strukturun digər ölkələrinin Azərbaycana silah satmasını üzüntü ilə qarşılayırıq. Bu gün Azərbaycan daha müasir silah növlərinə malikdir. Ermənistan isə əsasən 1980-ci illərin silahları ilə vuruşur”.

Almaniyanın baş kansleri Angela Merkel isə bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli böyük önəm daşıyır.

“Daha çox qanın axmaması və insanların həyatnı itirməməsi üçün hər şey edilməlidir. Bunun üçün qəbul edilən və daimi atəşkəsin əldə edilməsi istiqamətində səylər çox vacibdir. Döyüşlərin davam etdiyi müddətdə siyasi prosesə keçmək mümkün deyil”.

Angela Merkel onu da deyib ki, Azərbaycanla münaqişə üzündən Ermənistanın Türkiyə ilə münasibət qurması üçün şərait yoxdur.

Sələf Xəbər: Uca Allah vətənimiz Azərbaycanı düşmənin hiyləsindən qorusun, işğal olunmuş ərazilərimizi tezliklə qaytarmaqda bizə yardımçı olsun… Amin!

Digər xəbərlər