Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Selfi çəkərkən ölməyin!” – kampaniyası

İyul 09
16:17 2015

Rusiya dövləti selfi çəkmək istəyərkən yaralanmağa və ölümlərə səbəb olacaq şəkildə qəza keçirənlərin sayının artmasından narahat olaraq “etibarlı selfi çəkmə” kampaniyası başladıb.

“Sələf Xəbər”in BBC-yə istinadən xəbərinə görə, il ərzində ölkədə selfi çəkmək istəyən zaman özlərini riskli vəziyyətlərə salan şəxslərdən, təxminən 100 nəfəri yaralanarkən, bir o qədəri də həyatını itirib. Bununla əlaqədar olaraq, Rusiyanın Daxili İşlər Nazirliyi “xoş bir selfi həyatınız bahasına ola bilər” fikrini çatdıran broşura hazırlayıb.

Broşurada digər xəbərdarlıqlarla yanaşı, “silahla selfi çəkmək öldürür” xəbərdarlığı da var. Bu xəbərdarlıq may ayında 21 yaşında bir qadının əlindəki silahla selfi çəkən zaman səhvən özünü vurmasından sonra əlavə olunub.

Yanvar ayında isə Uralda iki gənc adam bir əl bombası ilə selfi çəkərkən bombanın partlaması nəticəsində həyatlarini itirmişdi. Yenə may ayında Ryazan şəhərindən bir gənc dəmiryolu körpüsü üzərində selfi çəkmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Nazirliyin hazırladığı broşuralarla yanaşı internet saytlarında video və bir sıra nəsihətlər də var. Broşurada, həmçinin yol işarələrinə bənzəyən təhlükəli selfi işarələri də yerləşdirilib.

Nazir köməkçilərindən Yelena Alekseyeva: “ Təhlükəli vəziyyətdə selfi çəkməzdən əvvəl hər kəs çəkmək istədiyi istənilən bir fotoşəkilin onun ölüm sonrası fotoşəkli ola biləcəyini düşünməlidir”, – deyə bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “…öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə)
“Qul iki halda özünü təhlükəyə atır: həyatını itirməklə və ya qəlbini ölümlə nəticələndirən və ya nəticələndirə bilən ilahi hökmü yerinə yetirmədikdə. Və onun həyatının itirilməsinə və ya qəlbinin ölməsinə səbəb olacaq əməllərə yol verdikdə. Belə əməllər olduqca çoxdur. Belə əməllərə, həmçinin öz həyatı üçün təhlükə yaratmaq da aiddir. Eyni şeyi vəhşi heyvanların və ilanların məskunlaşdığı ərazidə gecələyən, çürük ağaca çıxan və laxlayan binaya girən və ya özünə başqa təhlükəli məşğələlər tapan insan barəsində də demək olar. Bütün sadalanan hallar – insanların özlərini məhvə məhkum etmələrinin nümunələridir. Yenə bunun bir nümunəsi kimi, Allaha itaətsizliyi, Onun bağışlayacağına ümid bəsləməməyi və dinin vacib hökmlərini yerinə yetirməməyi göstərmək olar. Dinin vacib hökmlərini yerinə yetirməmək isə qəlbi puç, imanı isə məhv edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər