Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Seneqalda Ebolanın qarşısı alınıb

Oktyabr 18
15:48 2014

“Sələf Xəbər” lenta.ru saytına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, Seneqal, Ebola qızdırması epidemiyasının qarşısı alındığı ilk ölkədir.

ÜST-nın bəyanatında vurğulanır ki, Seneqalda bu virusa yoluxma halı sonuncu dəfə 29 avqustda baş verib, və bundan sonra bu xəstəliyə tutulma halları rəsmən qeydə alınmayıb, Agence France-Presse yazır.

Nigeriya həkimləri isə bir az gec – 20 oktyabrda bu epidemiyanın qarşısını almağa müvəffəq olublar.

42 gün ərzində, yəni xəstəliyin ikiqat inkubasiya müddəti ərzində ölkədə yeni yoluxma halları aşkar edilmədiyi təqdirdə Ebola qızdırmasının epidemiyası aradan qaldırılmış hesab olunur.

Ebola virusunun sıçrayışı ilk dəfə Qvineyada bu ilin fevralında qeydə alınmışdı. Daha sonra xəstəlik Siyerra-Leon, Liberiya, Nigeriya, Konqo Demokratik Respublikası və Seneqalda yayılıb. Ayrı-ayrı yoluxma halları ABŞ və Avropada qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bu virusa yoluxanların sayı 8500-ə çatıb, ölənlərin sayı isə dörd mini ötüb.

“Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin” (Buhari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər