Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sergey Lavrov: “İŞİD terrorçuları Gürcüstanda təlim keçir.”

Yanvar 27
18:53 2016

“Kreml İŞİD terror xəvaric qruplaşması üzvlərinin Gürcüstanda təlim keçməsindən xəbərdardır”.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, 2015-ci ildə baş verən siyasi hadisələrlə bağlı mətbuat konfransı keçirən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov maraqlı açıqlamalarla yadda qalıb. Gürcüstanla əməkdaşlıq etməyə hazır olduqlarını deyən nazir, eyni zamanda bu ölkənin Rusiya üçün potensial təhlükə mənbəyinə çevrildiyini iddia edib. İŞİD terror xəvaric qruplaşması üzvlərinin Gürcüstanın Pankisi dərəsində gizləndiyini, orda təlimlər keçdiyini deyən rusiyalı diplomat, Rusiyanın təhlükəsizliyinin təmin olunması üçün lazımi addımların atıldığını bildirib.

2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi. Sergey Lavrov gürcü vətəndaşlarının Rusiyaya vizasız keçməsini nəzərdə tutan qanunu müzakirə etməyə hazır olduqlarını bəyan edib.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər