Səudiyyə Ərəbistanı baş müftisi krallıqda kinoteatr açılmasına fikir bildirib
2. 179 dəfə baxılıb
Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Əli Şeyx (Allah onu qorusun) krallıqda kinoteatr açılmasının mümkünlüyü fikrini tənqid edib.
Selefxeber.az-ın arab.com-a istinadən xəbərinə görə, bu barədə Əbdüləziz Əli Şeyx özünün həftəlik televiziya proqramında bildirib.
O, çıxışında deyib: “Bu cür müəsissələrin əksəriyyəti əxlaqsız, ateist ruhlu çürük filmləri nümayiş etdirir. Əyləncə məqsədilə gecə və gündüz keçirilən qonaqlıqlar kimi, kinoteatrlar da əks cinslərin bir-birinə qarışmasını təlqin edir”.
Şeyx bu sahədə məsul olan rəsmilərin buna imkan verməyəcəyinə ümid etdiyini bildirib.
Kinoteatrların fəaliyyəti Səudiyyə Ərəbistanı Krallığında 80-ci illərdən etibarən qadağan olunub. Lakin son aylarda əyləncə sahələri üzrə idarə rəhbəri Əmr əl-Mədani iqtisadi və mədəni islahatların iriqmiqyaslı proqramı çərçivəsində bu qadağanın aradan qaldırılması fikrini mümkün hesab edir.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)
Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”