Səudiyyə Ərəbistanı İranı terrorçuluğu dəstəkləməkdə ittiham edib
Fevral 20
17:34
2017
1. 318 dəfə baxılıb
Səudiyyə Ərəbistanı İranı Yəməndə hökumət əleyhdarlarına qanunsuz silah tədarük etməkdə və beynəlxalq terrorçuluğa maliyyə dəstəyi göstərməkdə ittiham edib.
Selefxeber.az-ın məlumatına gör, “Report” xəbər verir ki, bu bəyanatla ərəb ölkəsinin xarici işlər naziri Adil əl-Cubeyr çıxış edib.
“Biz burada terrorçuluğun dövlət tərəfindən dəstəklənməsi ilə qarşılaşırıq”, – deyə diplomat qeyd edib və bildirib ki, İran İŞİD-in regionda terror aktı törətmədiyi yeganə ölkədir, “sual yaranır – nə üçün?”.
O, həmçinin İranı öz davranış və prinsiplərini dəyişməyə çağırıb və belə ölkə ilə işləməyin çətin olacağını bildirib.