Səudiyyə Ərəbistanı İraqa uçuşları bərpa etdi
Oktyabr 30
17:19
2017
1. 000 dəfə baxılıb
“Saudi Arabian Airlines” bu gün 27 illik fasilədən sonra ilk dəfə İraqa müntəzəm uçuşları bərpa edib.
Selefxeber.az-ın məlumatına görə, “Оxu.Az” “SPA” agentliyinə istinadən xəbər verir ki, Ciddədən Bağdada ilk uçuşda şirkətin baş direktoru Saleh bin Nasser əl-Casser də iştirak edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İraq arasında hava əlaqəsi 1990-cı ildə – keçmiş İraq prezidenti Səddam Hüseyn Küveyti işğal edən zaman kəsilib. Bu ilin avqust ayında hər iki ölkə Arar şəhərində sərhəd keçid məntəqəsinin açılışına razılıq verib.