Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı İsrail şaxmatçılarını mat qoydu

Dekabr 25
17:30 2017

Səudiyyə Ərəbistanı yeddi İsrail şaxmatçısına rapid və blits üzrə dünya çempionatında iştirak etmək üçün viza verməkdən imtina edib.

Selefxeber.az-ın “Oxu.az”a istinadən məlumatına görə, bu barədə Beynəlxalq şaxmat federasiyasının (FIDE) vitse-prezidenti İsrael Helfer bildirib.

Helfer qeyd edib ki, israilli şaxmatçılara viza verilməsi gözlənilmir də.

“Əgər şaxmatçılara yarışlarda iştirak etməyə mane olunursa, bu, artıq dünya çempionatı deyil. Milliyyətindən asılı olmayaraq, hər bir şaxmatçının turnirlərə qatılmağa ixtiyarı olmalıdır”, – deyə İsrail şaxmat federasiyasının mətbuat xidmətinin rəhbəri Lior Ayzenberq bildirib.

Qeyd edək ki, bu il rapid və blits üzrə dünya çempionatı 26-30 dekabr tarixlərində Ər-Riyadda keçiriləcək. Turnirin uduş fondu 2 milyon dollar təşkil edəcək. Blits və rapid üzrə dünya çempionları 750 min dollar, qadın turnirlərinin qalibləri isə 250 min dollar məbləğində mükafat alacaqlar.

Digər xəbərlər