Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft platformasına hücum etməkdə şübhəli bilinən 3 iranlını tutub

İyun 20
17:26 2017

Səudiyyə Ərəbistanı su ərazisində krallığa məxsus Əl-Mərcan neft platformasında İran İnqilab Keşikçiləri Qvardiyasının 3 əməkdaşını tutub.

Selefxeber.az-ın məlumatına görə, “Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya Nazirliyinin Beynəlxalq əlaqələr mərkəzi məlumat yayıb.

Onlar 3 qayıqla hərəkət edərək Əl-Mərcan neft platformasına hücum etmək istəyiblər. Qayıqlardan ikisi hadisə yerindən qaçıb.

Tutulan qayıqda partlayıcı maddə aşkar edilib. Saxlanılanların istintaqı davam etdirilir.

Xatırladaq ki, ötən gün İranın Daxili İşlər Nazirliyi İrana məxsus iki gəminin Körfəzdə balıq tutarkən güclü dalğa nəticəsində hərəkət istiqamətinin dəyişdiyi haqqında məlumat yaymışdı: “Səudiyyə Ərəbistanı sərhədçilərinin açdığı atəş nəticəsində iranlı bir balıqçı ölüb”.

Digər xəbərlər