Səudiyyə Ərəbistanı Yəmən ərazisindən raket atəşinə tutulub, ölənlər var
717 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Yəmən ərazisindən üsyançı husilər tərəfindən atəşə tutulub, nəticədə 7 dinc sakin ölüb.
Selefxeber.az-ın məlumatına görə APA “Röyters”ə istinadən xəbər verir ki, insident Nacran şəhərində baş verib. Məlumata görə, şəhərin sənaye rayonu artilleriya zərbələrinə tuş gəlib.
Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)
Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”