Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında bir qrup ekstremist edam olunub

İyul 12
19:00 2017

Selefxeber.az-ın “Apa”ya istinadən məlumatına görə, Səudiyyə Ərəbistanında ölkənin Əl Katif bölgəsində çoxsaylı terror aktları törətməkdə günahkar bilinən 4 ekstremist edam olunub. “Əl Ərəbiyyə” telekanalının verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.

Şiələrin çoxluq təşkil etdiyi Əl Katif bölgəsində gənclərdən ibarət müxalif qruplaşmalar tərəfindən mütəmadi olaraq təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirilir. Ötən həftə törədilən hücum nəticəsində 1 hərbçi ölüb, 6-sı yaralanıb.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə)

Uca Allahdan bütövlükdə müsəlman ümmətini, xüsusilə bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!

Digər xəbərlər