Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında güclü partlayış baş verib – FOTO+VİDEO

İyun 02
17:21 2017

Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl Katif şəhərinin mərkəzi küçələrindən birində güclü partlayış baş verib.

Selefxeber.az-ın “Al-Arabiya”ya istinadən verdiyi məlumata görə, güclü partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Partlayış nəticəsində avtomobil bir necə hissəyə bölünüb.

Məlumatda deyilir ki, yol polisləri beş ay öncə oğurlanıb axtarışa verilmiş avtomobili təqib ediblər. Polisin təqibini görən avtomobildəki iki nəfər terrorçu partlayıcı dolu avtomobili hərəkətdə olarkən partlatmalı olublar. Hər iki terrorçu avtomobilin içərisində məhv olublar. Onlar terrorçuluq fəaliyyətinə görə axtarışda olublar.

🎬

📷
bc0875fb-9457-4a5a-8b3c-126fb368736f

ff8403a0-a68c-4dd6-8dff-ed69d9259d44

16b66415-0d6e-4515-b365-11781d21bdf6

9b303aaf-275b-46f3-81e8-cb9fca696cf7

Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib:
“Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə dindarlar belə işlərdən (terror aktlarından) məmnun ola bilməzlər. Çünki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir. Ancaq ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar.
Elm tələbələrinə vacibdir ki, bu yolun xəvariclərin iyrənc yolu olduğunu insanlara izah etsinlər.” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Hələ bu əməli Ramazan ayında müsəlmanlara qarşı törətmək olduqca çirkin, Allah qatında çox ağır günahdır. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) belələrini əbəs yerə cəhənnəm köpəkləri adlandırmamışdır.

Allah belələrinin şərrindən ölkəmizi və camaatımızı qorusun.

Digər xəbərlər