Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında polis patrulu atəşə tutulub – ölən və yaralananlar var

İyul 31
16:44 2017

Səudiyyə Ərəbistanının şərqində polis patrulu naməlum silahlılar tərəfindən atəşə tutulub.

Selefxeber.az-ın “APA”ya istinadən xəbərinə görə, bu barədə yerli “SPA” agentliyi Səudiyyə Ərəbistanının Daxili işlər nazirliyinə istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb. İnsidentin iyulun 30-u səhər saatlarında Əl-Qətif şəhəri yaxınlığında baş verdiyi bildirilir. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanının Dammam şəhərində naməlum şəxslərin polis patrulunu atəşə tutması nəticəsində iki əsayiş keşikçisi ölmüşdü.

Digər xəbərlər