Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanında turist vizalarının verilməsinə başlanacaq

Noyabr 02
17:47 2017

Səudiyyə Ərəbistanı Krallığı yaxın gələcəkdə turist vizaları verməyi planlaşdırır.
Səudiyyə Ərəbistanı neft gəlirlərindən asılı olan iqtisadi sistemini yenidən formalaşdırmaq cəhdi ilə ölkənin turizm də daxil olmaqla, digər sənaye sahələrini inkişaf etdirmək niyyətindədir.

Selefxeber.az-ın “ansar.ru”ya istinadən xəbərinə görə, Səudiyyə Turizm İşləri üzrə idarə rəhbəri Şahzadə Sultan bin Salman bin Əbdüləziz turizm vizalarının tezliklə təqdim ediləcəyini bildirib.

Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün gələn milyonlarla müsəlman zəvvardan başqa, krallığa səyahət etmək istəyən digər turistlər son dərəcə mürəkkəb və bahalı viza prosesi ilə üzləşirlər.

Qeyd edək ki, gələn həftə Ər-Riyad şəhərində ölkənin tarixi mirasını nümayiş etdirmək məqsədilə krallıqda ilk arxeoloji konqres keçiriləcəkdir.

Digər xəbərlər