Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanından ixrac edilməsi qadağan olunan 7 məhsul

Avqust 25
18:26 2017

Yəqin çoxları bilmir ki, Səudiyyə Ərəbistanı Krallığından müəyyən məhsulların ixrac olunması qanun çərçivəsində qadağan edilib. Bu yaxınlarda Səudiyyə İxrac İnkişafı İdarəsi şirkət və müəssisə sahiblərinin krallıqdan ixrac olunmasına qadağa qoyulmuş yeddi məhsuldan xəbərdar olmasını istəyib.

Selefxeber.az-ın “Al Arabiya“ya istinadən xəbərinə görə, ixracı qadağan olunan məhsulların siyahısı aşağıdakı kimidir:

– Zam-zam suyu;

– yenidoğulmuş körpələr üçün nəzərdə tutlan süd məhsulları;

– Təbii və minerallarla zənginləşdirilmiş qum;

– Bütün növ cinslərdə atlar və qaramal (erkək və ya dişi olmaqla);

– Ev quşları üçün yem;

– Təbii qaz çəlləkləri.

Eyni zamanda krallığa silah, spirtli içki, narkotik, donuz əti və onun məhsulları, pornoqrafik materiallar, bəzi heykəllər, avtomobil şinləri, əzilmiş avtomobil, polis və taksi maşınlarının gətirilməsi qadağandır.

Digər xəbərlər