Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyə Ərəbistanının şahzadəsi Rusiyada səfərdədir

May 31
16:50 2017

Rusiya Prezidenti Vladimir Putin bu ölkədə səfərdə olan Səudiyyə Ərəbistanının şahzadəsi, müdafiə naziri Məhəmməd bin Salman Əl Saud ilə görüşüb. Görüşdə dünya neft bazarında vəziyyətin sabitləşdirilməsi, habelə Suriyada vəziyyət müzakirə olunub.

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına əsasən, Rusiya Prezidenti V.Putin görüşdə qeyd edib ki, Moskva və Əl-Riad arasında razılaşma dünya neft bazarında vəziyyətin sabitləşməsinə kömək edəcək. O, OPEK çərçivəsində fəaliyyətinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib. Rusiya liderinin sözlərinə görə, iki ölkə hərbi sahədə də uğurlu əməkdaşlıq edir, Suriyada yaranmış mürəkkəb vəziyyətin həlli istiqamətində birgə səy göstərirlər.

V.Putin Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Saudu Rusiyaya səfərə dəvət edib.

Məhəmməd bin Salman Əl Saud Rusiya ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, tərəflər neft bazarının və enerji daşıyıcılarının qiymətinin sabitləşməsi istiqamətində birgə fəaliyyətin möhkəm təməlini qoya biliblər.

Rusiya tərəfindən görüşdə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, habelə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak ediblər.

Digər xəbərlər