Səudiyyə Kralı və Putin Suriyanı müzakirə ediblər
743 dəfə baxılıb
Oktyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz Əl Səud arasında telefon danışığı olub.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.
Məlumata əsasən, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.
“Söhbət zamanı siyasi nizamlanma prosesi və oktyabrın 23-də Vyanada Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyə Xarici İşlər idarələrinin iştirakı ilə keçirilən dördtərəfli görüş nəzərə alınmaqla digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı Kralı ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında aparılan danışıqlarda Suriyanın mötədil müxalifətinə dəstəyin artırılması barədə razılıq əldə olunub.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)