Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Səudiyyədə Tramp məhsulları satışdan çıxarılır

Dekabr 25
17:10 2015

Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Jarir Bookstore” kitab mağazalar şəbəkəsi müsəlmanların ABŞ-a girişini qadağan etmək çağırışına cavab olaraq amerikalı siyasətçi və milyarder Donald Trampın kitablarını rəflərdən yığışdırıb.

“Sələf Xəbər”in Reuters-ə istinadən məlumatına görə, tvitter sosial şəbəkə istifadəçilərindən birinin Trampın kitablarını boykot etməsi xahişindən 3 gün sonra “Jarir Bookstore” kitab mağazalar şəbəkəsi kitabların rəflərdən yığışdırılacağı qərarını açıqlayıb.

Dubayda pərakəndə satışla məşğul olan “Landmark Group” şirkəti də Tramp adı ilə tanınan brend məhsulların satışına qadağa qoyub.

Eləcə də, Dubayda qolf oyunu üçün 6 miyard dollar dəyərində kompleks tikən qabaqcıl şirkətlərdən biri Trampın və qızının obyekt üzərində əks olunmuş şəkillərini tikiləcək kompleksin şəkilləri ilə əvəz edib.

Xatırladaq ki, dekabr ayında Donald Tramp müsəlman köçkünlərin, tələbələrin, turistlərin və ölkəyə gələn hər bir müsəlmanın ABŞ-a girişinə qadağa qoyulması haqqında fikirlər səsləndirmişdi.

Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 118-ci ayə)
Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

Axı fəlakətlərin əksəriyyəti müsəlmanlara məhz onların günahları səbəbindən üz verir.
Uca Allah buyurur: “Siz (onların başına) ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.”(Müqəddəs Quran, “Ali İmran” surəsi, 165-ci ayə)

Digər xəbərlər