Səxavətli müdir belə olar
1. 017 dəfə baxılıb
“Sələf Xəbər” www.t24.com.tr saytına istinadən bildirir ki, Hindistanda brilyant ixracatı ilə məşğul olan bir şirkət, yüksək performans nümayiş etdirmiş işçilərinə son 2 ildə qiymətli daşlar, avtomobil və mənzil hədiyyə edib.
BBC kanalının yayımladığı xəbərə əsasən, mərkəzi Qucarat əyalətində olan “Hrişikeş” şirkətinin sahibi Savji Dholakia 2012-ci ildən bu günə qədər yüksək performans nümayiş etdirmiş 1216 işçisini 491 avtomobil, 525 qiymətli daş və 200 mənzillə mükafatlandırıb.
Ölkənin ən məşhur brilyant ixracatçılarından biri olan Dholakia işçilərinə göndərdiyi müraciətdə bunları dilə gətirib: “Bu şirkət sizin sayənizdə gəlir qazanmaqdadır. Şirkət yalnız işçiləri xoşbəxt olduğu halda inkişaf edə bilər”.
Şirkət işçilərindən Nareşbhai Maini keçən il avtomobil, bu il isə qiymətli daş hədiyyə aldığını bildirib. Maini hisslərini belə dilə gətirib: “Necə xoşbəxt olduğumuzu sözlərlə izah edə bilmərəm. Keçən il mənzil və ya qiymətli daş alanlara, bu il avtomobil hədiyyə edilib”. Bütövlükdə 7500 işçisi olan şirkətin ABŞ, Belçika və Çində də ofisləri var.
“İnsanlara təşəkkür etməyən Allaha da şükür etməz” (Əhməd)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)